...

Sinqapurda Azəbaycanda gəmiqayırma zavodunun inşası üzrə müqavilə imzalanıb

Energetika Materials 13 Dekabr 2010 18:12 (UTC +04:00)
Sinqapurda ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və "Keppel Offshore and Marine" (KOM) şirkəti arasında Bakıda yeni gəmiqayırma və təmir zavodunun inşası ilə əlaqədar yaradılacaq birgə müəssisənin təsis müqaviləsi imzalanıb. Bu barədə bazar ertəsi ARDNŞ-nin məlumatında deyilir.
Sinqapurda Azəbaycanda gəmiqayırma zavodunun inşası üzrə müqavilə imzalanıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Sinqapurda ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və "Keppel Offshore and Marine" (KOM) şirkəti arasında Bakıda yeni gəmiqayırma və təmir zavodunun inşası ilə əlaqədar yaradılacaq birgə müəssisənin təsis müqaviləsi imzalanıb. Bu barədə bazar ertəsi ARDNŞ-nin məlumatında deyilir.

"Bakı Gəmiqayirma Zavodu" MMC adlanacaq birgə müəssisənin təsis müqaviləsini ARDNŞ prezidenti Rövnəq Abdullayev, AİŞ direktoru Əfqan İsayev və KOM-un baş icraçı direktoru Tonq Çonq Heonq imzalayıblar. İmzalanma mərasimində "Keppel" Korporasiyasının Direktorlar Şurasının sədri Çu Çian Benq iştirak edib.

Müqaviləyə əsasən, yeni yaradılacaq birgə müəssisədə ARDNŞ 65%, AİŞ 25%, KOM isə 10% paya malikdir. KOM-a həmçinin növbəti 3 il ərzində öz payını daha 10% artırmaq hüququ verilir.

Yeni zavodun bünövrəsinin qoyuluşu cari il martın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə təşkil olunub.

Hazırda bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın "Royal Haskoning" və Niderlandın TTC şirkətləri tərəfindən zavodun layihələndirmə işləri həyata keçirilir.

Həmçinin tenderqabağı sorğu keçirilib və tenderə dəvət olunacaq şirkətlərin son siyahısı hazırlanıb. Zavodun istismara verilməsi 2013-cü ilin iyununda planlaşdırılır.

Müəssisənin istehsal gücü ildə 25 min ton metal konstruksiyaların istehsalına bərabərdir. Zavod ildə 4 ədəd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker, 4 ədəd isə dəniz təchizat və ya yedək gəmisi tikmək imkanına malik olacaq. Bakı gəmiqayirma zavodunun inşa edilməsində əsas məqsəd Xəzər dənizi hövzəsində tələbat duyulan bütün növ gəmilərin hazırlanmasıdır.

Xəbər lenti

Xəbər lenti