...

Azərbaycanda azot istehsalı artıb

Energetika Materials 14 Dekabr 2010 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Yanvar-noyabr aylarında "Azərikimya" İstehsalat Birliyi 14,1 milyon kubmetr azot istehsal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,1 faiz çoxdur. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Statistika Komitəsindən deyilib.

Dövlət Komitəsindən verilən məlumata görə, yanvar-noyabr aylarında polietilen və lak-boya məmulatlarının istehsalında artım müşahidə olunub.

Yanvar-noyabr ayları üzrə aparıcı kimyəvi məhsulların istehsal cədvəli:

Məhsul

Yanvar-noyabr, 2010-cu il

2009-cu ilin analoji dövrü ilə müqayisədə (faizlə)

Azot (mln. kubm.)

13,9

117,1

Polietilen (min ton)

45,5

119,6

Oropilen (min.ton)

17,9

89

İzopropil spirti (min ton)

8,3

99,3

Lak-boya məmulatları (ton)

3803,3

152,9

Kükürd turşusu (min ton)

9,3

82,3

Ölkədə kimyəvi xammal məhsulunun artımı ilə yanaşı, plastmas və rezin məhsulları istehsalının artımı da müşahidə olunur. Yanvar-noyabrda ölkədə 4,4 min tondan çox polietilen boru, lülə, şlanq istehsal edilib. Bu isə ötən ilin müvafiq dövründə qeydə alınan göstəricidən 79,9 faiz çoxdur. Respublikada 196 ton məsaməli poliuretan plastin və lent istehsal olunub ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 49,3 faiz azdır.

Bundan başqa, artım polimer örtüklərin istehsalında da müşahidə edilib: yanvar-noyabrda ümumilikdə məhsulun bu növü üzrə 482,8 ton istehsal edilib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 2 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti