...

ARDNŞ-nin neft terminalı 7 milyon ton neft yola salıb

Energetika Materials 20 Dekabr 2010 20:47 (UTC +04:00)
Fəaliyyətə başladığı gündən dekabrın 19-dək ARDNŞ-yə məxsus Kulevi Qara Dəniz Terminalı 7 milyon ton neft və neft məhsulu qəbul edib və yola salıb.
ARDNŞ-nin neft terminalı 7 milyon ton neft yola salıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Fəaliyyətə başladığı gündən dekabrın 19-dək ARDNŞ-yə məxsus Kulevi Qara Dəniz Terminalı 7 milyon ton neft və neft məhsulu qəbul edib və yola salıb. Bu barədə ARDNŞ-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti