...

Azərbaycan və Aİ "Şah Dəniz-2" layihəsi çərçivəsində qazın vaxtında paylanması üzrə tədbirlərin görülməsində investorları dəstəkləyirlər

Energetika Materials 14 Yanvar 2011 12:52 (UTC +04:00)
Azərbaycan və Avropa Komissiyası "Şah Dəniz-2" layihəsi çərçivəsində hasil olunacaq qazın vaxtında paylanması üzrə bütün mümkün tədbirlərin görülməsindəinvestorları dəstəkləyirlər. Bu barədə yanvarın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun imzaladığı "Cənub qaz dəhlizi barədə Birgə Bəyannamə"də deyilir.
Azərbaycan və Aİ "Şah Dəniz-2" layihəsi çərçivəsində qazın vaxtında paylanması üzrə tədbirlərin görülməsində investorları dəstəkləyirlər

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir А.Bədəlova/

Azərbaycan və Avropa Komissiyası "Şah Dəniz-2" layihəsi çərçivəsində hasil olunacaq qazın vaxtında paylanması üzrə bütün mümkün tədbirlərin görülməsində investorları dəstəkləyirlər. Bu barədə yanvarın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun imzaladığı "Cənub qaz dəhlizi barədə Birgə Bəyannamə"də deyilir. Bəyannamənin mətni Avropa Komissiyasının rəsmi saytında yerləşdirilib.

Bəyannamədə deyildiyi kimi, tərəflər Azərbaycanda "Şah Dəniz-2" layihəsi və digər yataqlar çərçivəsində mövcud qaz ehtiyatlarının paylanması prosesinin stimullaşdırılması barədə razılığa gəliblər.

Bəyannamədə deyilir ki, bunula yanaşı, ümumu məqsəd "Cənub qaz dəhlizinin" tezliklə əməliyyat səviyyəsinə qalxması, həmçinin Azərbaycanın bu layihə üçün əsas qaz tədarükçüsü kimi müəyyən olunmasıdır.

Tərəflər birgə bəyannamədə bəyan ediblər ki, bu strateji dəhliz Azərbaycan yataqlarından qazın nəqli yolu ilə Xəzər regionundan Avropa bazarına marşrut yaradaraq, Aİ-nin mövcud qaz dəhlizlərini doldurur, qaz nəqli marşrutunun şaxələndirilməsi və birbaşa energetika və nəqliyyat əlaqələrinin qurulması üzrə həm Aİ, həm də Azərbaycanın strateji məqsədlərinə cavab verir.

"Cənub dəhlizi" Avropa İttifaqı üçün enerji nəqli mənbələri marşrutlarını şaxələndirməyə və eyni zamanda Aİ-ın energetika təhlükəsizliyini genişləndirməyə yönəldilmiş prioritet energetika layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI ( Türkiyə-Yunanıstan -İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti