...

Azərbaycan neftinin qiymətləri: 17-21 yanvar həftəsinin yekunları

Energetika Materials 24 Yanvar 2011 11:53 (UTC +04:00)
17-21 yanvar həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 98,92 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 0,28 dollar aşağıdır.
Azərbaycan neftinin qiymətləri: 17-21 yanvar həftəsinin yekunları

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.İsmayılov/

17-21 yanvar həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 98,92 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 0,28 dollar aşağıdır.

17-21 yanvar həftəsində AZERI LT-nin maksimum qiyməti 99,63 minimum isə 97,68 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

17-21 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 93,26 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 0,31 dollar/barel azdır.

17-21 yanvar həftəsində URALS-ın maksimum qiyməti 94,19 dollar/barel, minimum isə 92,12 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

17-21 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 97,27 dollar/barel olub ki, bu da əvvəlki həftənin orta qiymətindən 0,11 dollar/barel çoxdur.

17-21 yanvar həftəsində "Brent Dated"in maksimum qiyməti 98,21, minimum isə 96,03 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti