...

ARDNŞ-in Ukraynanın neft emalı bazarında iştirak üzrə planları qalır

Energetika Materials 31 Yanvar 2011 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar/Trend, müxbir E.İsmayılov/

Neft məhsullarının pərakəndə satışı bazarında iştirakı və böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə malik olmaqla, ARDNŞ-in Ukraynada neft emalı zavodunun olması məqsədəuyğundur. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, Ukraynada NEZ-in olması ARDNŞ-a yanacaqdoldurma stansiyalarından istismarı zamanı neft məhsullarının digər istehsalçılarından asılılığı azaltmağa imkan verəcək.

Ukraynada NEZ-in alınması və ya tikintisi şirkətin planlarında var, lakin hələ ki bu sahədə konkret nəticələrə nail olununmayıb.

"Niyyət var, çünki, böyük YDM şəbəkəsinə malik olmaq və başqalardan asılı olmamaq üçün NEZ-ə malik olmaq lazımdır. [...] Əgər biznes nöqteyi-nəzərindən baxsaq, bu, başqalardan asılı olmamaq üçün məqsədəuyğundur", - mənbə bildirib.

Hazırda ARDNŞ-in Ukraynada altı YDM-yə malikdir. Yazda Kiyevdə SOCAR brendi altında ilk YDM-lər açılacaq.

Bundan əvvəl ARDNŞ-in Ukrayna nümayəndəliyindəki mənbənin dediyinə görə, beş il ərzində Ukraynada SOCAR brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqələrinin sayı 500 ədədə çatacaq. Bu ilin sonuna kimi onların miqdarı 50 ədəd təşkil edəcək.

NEZ alınması məsələsi əvvəllər də gündəlikdə olub, lakin tərəflər arasında aparıan danışıqlar, hələ ki nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti