...

Azərbaycandan Yunanıstana qazın birbaşa nəqli "Cənub dəhlizi"ni açır - DEPA

Energetika Materials 2 Fevral 2011 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbirlər E.İsmayılov, N.İsmayılova/

Azərbaycandan Yunanıstana Türkiyə vasitəsilə qazın birbaşa nəqlinə başlanılması qazın Avropaya nəqlini şaxələndirməyə yönəldilmiş "Cənub qaz dəhlizi"nin açılışında ilk addım olacaq. Bu barədə çərşənbə günü Bakıda Yunanıstanın DEPA şirkətinin icraçı direktoru Hari Saçinis deyib.

Onun sözlərinə görə, çərşənbə axşamı DEPA, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Türkiyənin BOTAŞ şirkəti Türkiyə ərazisi vasitəsilə Azərbaycandan Yunanıstana qazın birbaşa nəqli imkanlarının öyrənilməsi barədə razılığa gəliblər.

"Hələ nə barədəsə söz açmaq tezdir, bu, hələ prosesin əvvəlidir və əgər bunun ticari nöqteyi nəzərdən öz təsdiqini tapacağını nəzərə alsaq, saziş imzalanacaq. Biz bunu tez etmək istəyirik, ARDNŞ və BOTAŞ bunu istəyir. Dünən bu prosesin əsası qoyulub", - Saçinis deyib.

Onun sözlərinə görə, Azərbaycan qazı tranzitlə Türkiyə ərazisi vasitəsilə Avropaya birbaşa nəql edə bilər. Saçinisin fikrincə, bu, mühüm addımdır.

Hazırda ildə 700 milyon kubmetr həcmində Azərbaycan qazı Yunanıstan və Türkiyə arasında imzalanmış müqavilə əsasında hər iki ölkəyə nəql olunur.

Xəbər lenti

Xəbər lenti