...

Yanvarda "Azərenerji"nin paylayıcı şəbəkələri tərəfindən 600 milyon kVt/s-dan çox elektrik enerjisi sərf edilib

Energetika Materials 28 Fevral 2011 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Yanvar ayında "Azərenerji" SC-nin paylayıcı şəbəkələri tərəfindən 618,7 milyon kilovat-saatdan çox elektrik enerjisi sərf edilib. Bu, ötən ilin analoji dövr göstəricisindən bir faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə SC-nin bazar ertəsi yayılan məlumatında deyilir.

Məlumata əsasən, yanvar ayı ərzində istifadə edilən elektrik enerjisinə görə yığımlar 72 faiz təşkil edib. Bu, ötən ilin analoji dövr göstəricisindən 9 faiz çoxdur.

Altı elektrik şəbəkəsində ümumi ödəniş üzrə 90 faizi ötən göstərici qeydə alınıb. Bu müddət ərzində ötən ayın debitor borcları daxil olmaqla, ödəniş üzrə ən yüksək göstərici Hacıqabul elektrik şəbəkəsində (110,6 faiz), ən az isə Oğuz elektrik şəbəkəsində (40,3 faiz) qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti