...

Son illər ərzində Azərbaycanda elektrik enerjisinin istehsal gücü 2100 MVt artıb - "Azərenerji"nin rəhbəri

Energetika Materials 28 Mart 2011 16:29 (UTC +04:00)
Son 7 il ərzində Azərbaycanda 10 elektrik stansiyası tikilərək 1500 MVt-dan artıq yeni generasiya gücləri istismara verilib və mövcud stansiyaların yenidən qurulması nəticəsində 600 MVt əlavə güc artımı əldə edilib.
Son illər ərzində Azərbaycanda elektrik enerjisinin istehsal gücü 2100 MVt artıb - "Azərenerji"nin rəhbəri

Azərbaycan, Bakı, 28 mart /Trend/

Son 7 il ərzində Azərbaycanda 10 elektrik stansiyası tikilərək 1500 MVt-dan artıq yeni generasiya gücləri istismara verilib və mövcud stansiyaların yenidən qurulması nəticəsində 600 MVt əlavə güc artımı əldə edilib. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc edilən müsahibəsində deyilir.

Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibinə ümumi gücü 6400 MVt olan 13 istilik elektrik stansiyası və 6 su elektrik stansiyası daxildir.

"Bundan başqa, Azərbaycanın elektrik enerjisi sisteminin inkişafına dair proqram çərçivəsində ümumi gücü 2500 MVA olan 600 transformator quraşdırılıb və ümumi uzunluğu 30 min km-dən artıq elektrik verilişi xətləri istifadəyə verilib", - SC rəhbəri qeyd edib.

"Hazırda respublikada generasiya qurğularının yenidən qurulması davam etdirilir. Xüsusilə, "Azərbaycan" İES-də işlər başa çatmaq üzrədir. Bunun nəticəsində satansiyanın imkan gücü 2000 MVt-dən 2600 MVt-dək yüksələcək", - Pirverdiyev bildirib.

Onun sözlərinə görə, Mingəçevir SES-də yenidənqurmaya hazırlıq işləri aparılır, avadanlıqların tədarükünə başlanıb.

"Varvara" SES-də söküntü işləri və yenidənqurmaya hazırlıq işləri aparılır. Yenidənqurma işləri nəticəsində bu stansiyalarda 90 MVt əlavə generasiya gücü əldə ediləcək.

Hazırda "Azərenerji" fəaliyyəti dayandırılmış bir neçə kiçik SES-in bərpası üzrə tədbirlər hazırlayır.

Pirverdiyevin sözlərinə görə, yeni stansiyaların tikintisi çərçivəsində xeyli iş aparılıb. Hazırda Şirvan şəhərində 780 MVt-lıq buxar-qaz qurğulu "Cənub" elektrik stansiyasının tikintisində işlər müəyyən edilmiş qrafikə uyğun davam etdirilir. Stansiya işə düşdükdən sonra ildə orta hesabla 700 min ton yanacağa qənaət ediləcək.

Aran bölgəsinin enerji təhlükəsizliyini artırmağa imkan verəcək gücü 25 MVt olan Füzuli SES-in tikintisi cari ilin ortalarında başa çatacaq.

SC rəhbərinin sözlərinə görə, Kür çayı üzərində ümumi gücü 400 MVt olan Tovuz su elektrik stansiyasının da tikintisinə başlamaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti