...

ARDNŞ və "Təmiz Şəhər" qeyri-qanuni məişət tullantıları poliqonunun aşkarlanması üzrə monitorinqlər aparır

Energetika Materials 29 Mart 2011 16:33 (UTC +04:00)
Ekologiya İdarəsi ilə "Təmiz Şəhər" ASC-nin yaratdığı birgə işçi qrupu Dövlət Neft Şirkətinin mədən ərazilərində qeyri-qanuni bərk məişət tullantıları poliqonunun aşkarlanması üzrə monitorinqlər aparıb.
ARDNŞ və "Təmiz Şəhər" qeyri-qanuni məişət tullantıları poliqonunun aşkarlanması üzrə monitorinqlər aparır

Azərbaycan, Bakı, 29 mart /Trend/

ARDNŞ-nin Ekologiya İdarəsi ilə "Təmiz Şəhər" ASC-nin yaratdığı birgə işçi qrupu Dövlət Neft Şirkətinin mədən ərazilərində qeyri-qanuni bərk məişət tullantıları poliqonunun aşkarlanması üzrə monitorinqlər aparıb. Trend-in məlumatına görə, bu barədə idarənin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, monitorinqlər Balaxanı, Ramana, Zabrat, Sabunçu və Lökbatan qəsəbələrində aparılıb. Bu monitorinqlər prosesin yekunları üzrə hazırlanacaq hesabata daxil ediləcək.

Növbəti monitorinq işlərinin Maştağa, Buzovna, Suraxanı, Qala, Şağan və Pirallahı ərazilərində aparılması nəzərdə tutulur.

Monitorinqlərin yekunları mədənlərdə qeyri-qanuni məişət tullantılarının ləğv edilməsi üzrə təkliflərdə öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti