...

Yanvar-fevralda "Azərenerji" SC-nin paylayıcı şəbəkələri tərəfindən 1 milyard kv/s-dən çox elektrik enerjisi işlədilib

Energetika Materials 31 Mart 2011 15:17 (UTC +04:00)
Yanvar-fevralda "Azərenerji" SC-nin tərkibinə daxil olan paylayıcı şəbəkələr tərəfindən 1,2 milyard kilovat-saata yaxın elektirk enerjisi sərf edilib.
Yanvar-fevralda "Azərenerji" SC-nin paylayıcı şəbəkələri tərəfindən 1 milyard kv/s-dən çox elektrik enerjisi işlədilib

Azərbaycan, Bakı, 31 mart /Trend/

Yanvar-fevralda "Azərenerji" SC-nin tərkibinə daxil olan paylayıcı şəbəkələr tərəfindən 1,2 milyard kilovat-saata yaxın elektirk enerjisi sərf edilib. Alınan elektrik enerjisinə görə ümumi ödəniş isə 75 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə SC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata əsasən, əhali qrupundan olan istehlakçılar tərəfindən 456,5 milyon kilovat-saata yaxın elektirk enerjisi istifadə edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,4 milyon kilovat-saat azdır. Ötən ilin anoloji dövrü ilə müqayisədə ödəniş 10 faiz artaraq 80 faizə yaxın olub.

Cari ilin fevralında müəssisə üzrə 567,5 milyon kilovat-saata yaxın elektirk enerjisi sərf edilib. O cümlədən, əhali qrupunundan olan abonentlər üzrə 221,6 milyon kilovat-saata yaxın elektirk enerjisi istifadə olunub. Hesabat dövründə ümumi ödəniş 79 faizdən çox olub.

Xəbər lenti

Xəbər lenti