Azərbaycan, Bakı, 4 aprel /Trend/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2011-ci ilin yanvar-mart aylarında öz neft emalı zavodlarından 359,4 min tona yaxın neft məhsulları ixrac edib. Ötən ilin yanvar-mart aylarında bu rəqəm 509 min tona yaxın olub.
Martda ARDNŞ 2010-cu ilin martındakı 202,4 min tona yaxın neft məhsullarına qarşı 128,2 min ton neft məhsulu ixrac edib.
Azərbaycanda neft məhsulları Bakının iki NEZ-nin bazasında istehsal edilir. İki zavodun gücü ildə 20 milyon tondur. NEZ-lər öz vəsaitləri hesabına hər il dəniz və qurudakı yataqlardan əldə etdiyi 7 milyon ton nefti emal edən ARDNŞ-nin tərkibinə daxildir.
Neft məhsulu |
Yanvar-mart, 2010-cu il (min ton) |
Yanvar-mart, 2011-cu il (min ton) |
Dizel yanacağı |
450,608 |
317,188 |
Avtomobil benzini |
32,164 |
15,626 |
Aviasiya kerosini |
26,295 |
24,214 |
Soba mazutu |
0,235 |
2,395 |