...

ARDNŞ perspektivli "Babək" stukturunda qaz ehtiyatlarının olmasına şübhə etmir

Energetika Materials 18 Aprel 2011 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ Xəzərin Azərbaycan sektorundakı perspektivli "Babək" stukturunda qaz ehtiyatlarının olmasına şübhə etmir, çünki onun stukturu əvvəllər iri qaz yatağının kəşf edildiyi "Ümid" strukturu ilə oxşardır. Bu barədə bazar ertəsi Bakıda ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun szölərinə görə, ARDNŞ perspektivli "Babək" stukturunun ehtiyatlarını 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirir. Lakin ehtiyatların dəqiq həcmi kəşfiyyat qazması aparıldıqdan sonra müəyyənləşəcək.

Bundan əvvəl ARDNŞ mütəxəssisləri "Babək" strukturunun ehtiyatlarını 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirmişdilər.

Stukturun həcminə yenidən baxılması ehtiyatları, ilkin məlumatlara görə, 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat qiymətləndirilən yeni "Ümid" qaz-kondesat yatağının kəşfinə imkan verib. Yeni yatağın kəşfi "Babək", "Naxçıvan", "Zəfər" və "Məşəl" stukturlarının daxil olduğu rayonun perspektivliyini artırıb.

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqlıqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək doqquz quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti