...

"Ekol" QSC ARDNŞ üçün ekoloji layihə çərçivəsində işlərin 1/3-dən çoxunu yerinə yetirib

Energetika Materials 5 Sentyabr 2011 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Ekol Mühəndislik Xidmətləri" QSC ilin əvvəlindən ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş 75 hektar torpağın təmizlənməsini başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin bazar ertəsi yaydığı məlumatda deyilir. Bu layihə QSC-nin il ərzində həyata keçirəcəyi layihələrdən biridir.

Məlumata görə, idarənin QSC-nin təmizləmə işləri aparacağı torpaqlarının ümumi sahəsi 265 hektar təşkil edir.

"Ekol" QSC ARDNŞ-nin balansında olan Neftqazçıxartma idarələrinin neftlə çirklənmiş ərazilərinin təmizlənməsi və ekoloji tələblərə uyğunlaşdırılmasında fəal iştirak edir.

2006-cı il martın 1-də Abşeron yarımadasının mövcud ekoloji problemlərinin həlli üçün yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təsisçiləri: ARDNŞ - 51 faiz və Lancer S.A. Services - 49 faiz.

Xəbər lenti

Xəbər lenti