...

ARDNŞ bundan sonra da Avrasiya məkanının enerji təhlükəsizliyini təmin edəcək

Energetika Materials 6 Oktyabr 2011 14:57 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) hasilata və daşımaya investisiyalar, eləcə də məqsədyönlü investisiyaların coğrafi genişləndirilməsi vasitəsilə bundan sonra da Avrasiya məkanının enerji təhlükəsizliyini təmin etməyə yardım edəcək.
ARDNŞ bundan sonra da Avrasiya məkanının enerji təhlükəsizliyini təmin edəcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) hasilata və daşımaya investisiyalar, eləcə də məqsədyönlü investisiyaların coğrafi genişləndirilməsi vasitəsilə bundan sonra da Avrasiya məkanının enerji təhlükəsizliyini təmin etməyə yardım edəcək. Trend-in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev Astanada VI Avrasiya Forumu zamanı deyib.

Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanda 46 milyon tondan çox neft və 27 milyard kubmetrdən artıq qaz hasil olunacaq.

"Biz ümid edirik ki, 2020-2025-ci illərədək, perspektivli struktur və yataqların gələcəkdə işlənməsi nəticəsində ölkədə neft və qaz hasilatının həcmi ildə 50-55 milyrad kubmetrə çatacaq. Hesab edirik ki, bu ehtiyatlar Avrasiyanın enerji təhlüksəziliyinin təmin olunması işində nəzərəçarpacaq rol oynayacaq", - Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan enerji resurslarının tədarükçüsü rolundan başqa nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsində də əhəmiyyətli rol oynayır ki, bu da enerji təhlüksəziliyinin əsas tərkib hissəsidir. Buna ölkənin coğrafi mövqeyi və inkişaf etmiş neft və qaz nəqliyyat infrastrukturuna malik olması yardım edir.

Buraxılış qabiliyyəti gündəlik 1,2 milyon barel neft olan Bakı-Tbilisi-Ceyhan neft kəməri də regionda iri neft kəməridir.

"Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri və Bakı-Kulevi və Batumi dəmir yolu daxil olmaqla, neft nəqliyyatı infrastrukturumuzun ümumi buraxılış qabiliyyəti ildə 80 milyon tona yaxın təşkil edir", - Abdullayev deyib.

Onun sözlərinə görə, 2010-cu ilin yekunları üzrə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin daşıma həcmləri 38,3 milyon ton təşkil edib. Bu gün BTC və Azərbaycanın dəmir yolu ilə Azərbaycan neftindən başqa, ildə yeddi milyon tona yaxın Qazaxıstan və Türkmənistan nefti də nəql olunur.

"Yaxın gələcəkdə dəmir yolunun buraxılış qabiliyyəti artırılacaq", - Abdullayev deyib.

ARDNŞ rəhbərinin qeyd etdiyi kimi, Səngəçal yaxınlığında müasir Qaradağ terminalının tikintisi və Gürcüstandakı Kulevi terminalının genişləndirilməsi layihəsi də "Cənub enerji dəhlizi"nin genişləndirilməsi üzrə işlərin bir hissəsidir.

Cənubi Qafqaz qaz kəmərinin tikintisi vasitəsilə "Şahdəniz" yatağından Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə qaz nəqli layihəsi BTC layihəsinin reallaşdırılması ilə yanaşı "Cənub enerji dəhlizi"nin yaradılması üzrə işlərin tərkib hissəsi olub. Bu qaz kəmərinin buraxılış qabiliyyəti birinci mərhələdə ildə 8,1 milyard kubmetrə bərabərdir. Onun sonradan mərhələli şəkildə ildə 21 milyard kubmetrədək çatdırılması mümkündür.

Yaxın vaxtlarda BOTAŞ şirkəti ilə danışıqlar prosesinin başa çatdırılması planlaşdırılır. Həmin danışıqların yekunu kimi Azərbaycan qazının Avropaya nəqli üzrə tranzit sazişi imzlanacaq. Bu, "Şahdəniz" yatağının işlənməsi üzrə tərəfdaşlara investisiya və qarşıdakı iş planlarını müəyyən etməyə imkan verəcək. Layihənin ikinci mərhələsi çərçivəsində Avropaya ildə 10 milyard kubmetr həcmində qaz tədarük edilməsi planlaşdırılır.

"Azərbaycan qazının Avropaya nəqli layihəsi və marşrutunun seçimi strateji xarakter daşıyacaq. Uzunmüddətli perspektivdə qaz nəqli üçün qaz nəqliyyatı infrastrukturlarının yaradılması nəzərə alınmaqla, layihələrin qiymətləndirilməsini aparmaq vacibdir", - Abdullayev qeyd edib.

İndiki anda ARDNŞ öz təbii qazının Avropaya nəqli üzrə altı layihə çərçivəsində danışıqlar aparır.

"Nabukko layihəsi ilə yanaşı, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri (ITGI) və Transadriatik qaz kəməri (ТАР) layihələrinə dair təkliflər nəzərdən keçirilir. Həmçinin, "Bəyaz axın" (GUEU) qaz kəməri layihəsinə, eləcə də Qara dəniz vasitəsilə Bolqarıstana və Rumıniyaya maye və sıxılmış qazın (AGRI) gəmilərlə tədarükü layihələrinə də baxılır", - ARDNŞ rəhbəri deyib.

Onun sözlərinə görə, ölkə "Cənub dəhlizi"nin yaradılması və genişləndirilməsinə milyardlarla investisyalar cəlb edə bilib. Bununla yanaşı, ARDNŞ təkcə Azərbaycanda deyil, həm də bir sıra qonşu ölkələrdə iri sərmayədardır. Misal üçün, SOCAR Energy Georgia Gürcüstanda ən iri vergi ösəyicidir. ARDNŞ Türkiyədə aldığı Petkim neft-kimya kompleksinə sonrakı 7-8 il ərzində 10 milyard dollaradək investisya qoymağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti