...

Azərbaycan neftinin qiymətləri oktyabrın 19-da artıb

Energetika Materials 20 Oktyabr 2011 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

CIF İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 114,94 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən 1,43 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 113,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,44 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 19-da 108,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,15 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 19-da 111,79 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,51 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti