Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.İsmayılov/
Dekabrın 3-nə olan məlumata görə, Azərbaycan ərazisində fasiləsiz qaz təchizatını təmin etmək üçün ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi paylayıcı şəbəkəyə sutkalıq 21-22 milyon kubmetr qaz verir. Bu barədə şənbə günü Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.
"Qaz istehlakı sabitləşib və hazırda abunəçilərə tədarük edilən ümumi qazın təxminən 13 milyon kubmetri Bakının, qalan 8 milyon kubmetri isə ölkənin regionlarının payına düşür", - mənbə qeyd edib.
Azərbaycan ərazisində qazın tədarükü və paylanması ilə "Azəriqaz" İstehsalat Birliyi məşğul olur. 2009-cu ilin iyununda "Azəriqaz" QSC İstehsalat Birliyi kimi yenidən qurulub və ARDNŞ-nin tərkibinə daxil edilib.