...

ARDNŞ ərazilərindəki qanunsuz tikililər şirkətin reytinqlərinə təsir edir

Energetika Materials 17 Yanvar 2012 14:24 (UTC +04:00)
İstehsalat meydançaları və boru kəmərlərinin kənarındakı qanunsuz tikililər ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iri beynəlxalq şirkət kimi formalaşması prosesinə, eləcə də reytinq agentliklərinin reytinq verməsinə təsir edir.
ARDNŞ ərazilərindəki qanunsuz tikililər şirkətin reytinqlərinə təsir edir

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir E.İsmayılov /

İstehsalat meydançaları və boru kəmərlərinin kənarındakı qanunsuz tikililər ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iri beynəlxalq şirkət kimi formalaşması prosesinə, eləcə də reytinq agentliklərinin reytinq verməsinə təsir edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin rəhbəri, parlamentin deputatı Rövnəq Abdullayev öz seçiciləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, şirkətin fəaliyyəti qiymətləndirilərkən təhlükəsizlik məsələlərinə böyük diqqət ayrılır.

2011-ci ilin yekunlarına görə, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətin ərzisindəki yaşayış və qeyri-yaşayış obyektlərinin qanunusuz tikintisi məsələsi üzrə məhkəmələrə verdiyi iddia ərizələrinin ümumi sayı 12 minə yaxın təşkil edir. Təkcə 2012-ci ildə "Binagadi oil" (Bakının Binəqədi rayonu) neft şirkətinin meydançalarında yerləşən qanunsuz tikililərə dair 8 minə yaxın iddia qaldırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti