...

Azərbaycan neftinin qiymətləri: 16-20 yanvar həftəsinin yekunları

Energetika Materials 23 Yanvar 2012 11:27 (UTC +04:00)
Azərbaycan neftinin qiymətləri: 16-20 yanvar həftəsinin yekunları
Azərbaycan neftinin qiymətləri: 16-20 yanvar həftəsinin yekunları

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir E.İsmayılov/

16-20 yanvar həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 112,6 dollar/barelə yaxın olub. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən təxminən 1,47 dollar azdır.

16-20 yanvar həftəsində AZERI LT-nin qiyməti maksimum 113,13, minimum isə 111,45 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

16-20 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 107,34 dollar/bareldən çox olub. Bu, ötən həftənin orta qiymətindən təqribən 1,48 dollar/barel azdır.

16-20 yanvar həftəsində URALS-ın qiyməti maksimum 107,89, minimum isə 106,17 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

16-20 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 109,5 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən 2,19 dollar/barel aşağı olub.

16-20 yanvar həftəsində "Brent Dated"in qiyməti maksimum 110,29, minimum isə 108,3 dollar/barel təşkil edib.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti