...

Yazda Azərbaycanda yeni müasir neft-kimya laboratoriyası işə başlayacaq

Energetika Materials 25 Yanvar 2012 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend müxbir E.İsmayılov/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2012-ci ilin martında yeni neft-kimya laboratoriyasını istismara verməyi planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə Dövlət Komitəsindən məlumat verilib. Yeni laboratoriya Sumqayıt şəhərində (Bakıdan 35 kilometr aralıda) yerləşir.

Dövlət Komitəsindən qeyd ediblər ki, laboratoriyanın yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Xüsusulə, artıq ən müasir avadanlıqlar və reaktivlər sifariş verilib.

"İşlər yekunlaşmaq mərhələsindədir və bu sahədə ən müasir nailiyyətlər əsasında fəaliyyət göstərəcək yeni laboratoriyanı artıq martda istismara vermək planlaşdırılır" , - Dövlət Komitəsindən bildiriblər.

Xüsusilə, laboratoriyada tünd və şəffaf neft məhsullarının tədqiqatı, eləcə də spektral da daxil olmaqla, müxtəlif növ analizlər aparılacaq.

Yeni və müasir laboratoriyada yüksəkixtisaslı mütəxəssislər işləyəcək. Onlar öz biliklərini mütəmadi olaraq treninq və kurslarda təkmilləşdirəcəklər.

Bundan əvvəl komitə sədri Ramiz Həsənovun dediyinə görə, belə laboratoriyanın yaradılması respublikada istehsal edilən neft-kimya məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır.

Hazırda Azərbaycan 2 neft emalı zavoduna, eləcə də "Azərikimya" İstehsalat Birliyinin balansında olan kimya məhsullarının istehsalı üzrə müəssisələrə və bir qaz emalı zavoduna malikdir.

Bundan başqa, perspektivdə iri neft emalı kompleksinin yaradılması planlaşdırılır. O, NEZ-i, QEZ-i və yüksək ekoloji standartlara uyğun neft-kimya məhsullarının istehsalı üzrə zavodu birləşdirəcək.

Xəbər lenti

Xəbər lenti