...

Şamaxı və Kürdəmir rayonlarının da qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 29 Mart 2012 20:03 (UTC +04:00)
Şamaxı və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Şamaxı və Kürdəmir rayonlarının da qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 29 mart /Trend/

Şamaxı və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq 30 mart 2012-ci il tarixdə saat 09:00-dan 18:00-dək "Ağsu" qazpaylayıcı stansiyasından qidalanan "Kürdəmir" qaz kəmərinin, saat 09:00-dan 19:00-dək isə "Dilman-Şərədil" xətti istisna olmaqla "Şamaxı" avtomatik qazpaylayıcı stansiyasının təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Kürdəmir rayonunun Sığırlı kəndindən başqa bütün yaşayış məntəqələrinə və Şamaxı şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, bir az əvvəl Lənkəran və Ucar rayonlarının da qaz təchizatında məhdudiyyətlər olacağı barədə məlumat verilmişdi.

Xəbər lenti

Xəbər lenti