...

Azərbaycan karbamid istehsalı üçün resurslara malikdir

Energetika Materials 13 Aprel 2012 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend, müxbir E.İsmayılov /

Sumqayıtda karbamid istehsalı zavodunun tikintisi ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Bu barədə cümə günü Trend-ə neft-qaz bazarındakı mənbə məlumat verib.

"Karbamid istehsalı üçün xammal qazdır, Azərbaycan isə böyük qaz ehtiyatlarına malikdir ki, bu da həmin layihənin reallaşdırılmasında uğurun rəhnidir", - mənbə bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ podratçını seçir.

Xəbər lenti

Xəbər lenti