...

Azərbaycan qazının Rusiyaya tədarükündə problem yoxdur

Energetika Materials 18 May 2012 11:22 (UTC +04:00)
Azərbaycandan Rusiyaya qaz ixracında heç bir problem yoxdur.
Azərbaycan qazının Rusiyaya tədarükündə problem yoxdur

Azərbaycan, Bakı, 18 may / Trend, müxbir E.İsmayılov /

Azərbaycandan Rusiyaya qaz ixracında heç bir problem yoxdur. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə Dağıstan ərazisindəki Mozdok-Qazıməmməd qaz kəmərində baş vermiş yanğınla bağlı sualı şərh edərkən Trend-ə bildirib.

Dağıstanın Qızılyurd rayonunda Mozdok-Qazıməmməd magistral qaz kəmərində cümə günü gecə partlayış baş verib. Bu barədə RİA Novosti agentliyi rayonun hüquq-mühafizə orqanlarına istinadən xəbər verir. Gecə saat 01:00-dan sonra qaz kəmərinin 676-cı kilometrində 1200 mm diametrlik boruda yanğın baş verib.

"Rusiyaya qaz ixracı ilə bağlı problem müşahidə olunmur. Rusiya tərəfi qaz qəbulunu dayandırmayıb", - şirkətdən deyiblər.

Azərbaycan qazının Rusiyaya tədarükünə 2010-cu il yanvarın 1-dən başlanıb.

Xəbər lenti

Xəbər lenti