...

Azərbaycanın enerji orepatoru rayonlardan birinin şəbəkəsini yeniləyir

Energetika Materials 14 İyun 2012 14:48 (UTC +04:00)
Bu ilin dörd ayı ərzində "Oğuz Elektrik Şəbəkəsi"ndə 10 kV-lik xətlərdə 47 dayaq basdırılıb, 8 ədəd 10/0,4 kV-lik TM əsaslı təmir olunub.
Azərbaycanın enerji orepatoru rayonlardan birinin şəbəkəsini yeniləyir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Axundov/

Bu ilin dörd ayı ərzində "Oğuz Elektrik Şəbəkəsi"ndə 10 kV-lik xətlərdə 47 dayaq basdırılıb, 8 ədəd 10/0,4 kV-lik TM əsaslı təmir olunub. Bu barədə cümə axşamı Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib.

10 kV-lik xətlərin 6,3 km, 0,4 kV-lik xətlərin isə 1,5 km məsafəsi təmir olunub. Bununla yanaşı, yarımstansiyaların əraziləri otlardan təmizlənib, ilkin yanğınsöndürmə vasitələrinə baxışlar keçirilib, inventarların saxlanma qaydaları yoxlanılıb.

Hazırda payız-qış mövsümü ilə əlaqədar tədbirlər planı davam etdirilir: dayaqlar yenilənir, xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənir, transformatorlar təmir olunur.

"Oğuz dağlıq ərazidə yerləşdiyinə görə yaz daşqınları zamanı sel suları rayonun elektrik təsərrüfatına da zərər verir. Məsələn, may ayının 13-də Xalxal kəndində 0,4 kV-lik xətdə 2 dirəyi sel suları aşırmışdı. Qəza halı daxili imkanlar hesabına tez bir zamanda aradan qaldırılıb", - məlumatda deyilir.

Son dövrlər Oğuz şəhərində həyata keçirilən abadlıq və yenidənqurma işləri geniş vüsət alıb.

Məlumatda deyildiyi kimi, bu tədbirlərlə bağlı mövcud elektrik şəbəkəsi də yenilənir. Hazırda şəhərin Heydər Əliyev prospektində 10 kV-lik xətlərdə köhnə dəmir-beton dayaqlar yeni dayaqlarla əvəz olunur. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir.

Xəbər lenti

Xəbər lenti