...

ARDNŞ Xəzərdəki yataqda ekoloji monitorinq aparıb

Energetika Materials 26 İyul 2012 10:26 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi Xəzərin Azərbaycan sektorunda "Neft Daşları" NQÇİ-nin "Palçıq Pilpiləsi" yatağında ekoloji monitorinq aparıb.
ARDNŞ Xəzərdəki yataqda ekoloji monitorinq aparıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi Xəzərin Azərbaycan sektorunda "Neft Daşları" NQÇİ-nin "Palçıq Pilpiləsi" yatağında ekoloji monitorinq aparıb. Trend-in məlumatına görə, bu barədə idarənin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, monitorinq "MPK-452" gəmisi vasitəsilə həyata keçirilib.

Monitorinq müddətində Xəzər dənizinə təsir edən parametrlərin müəyyənləşdirilməsi üçün yatağın 15 seçilmiş stansiyasından dəniz suyu, zooplankton, fitoplankton və dib çöküntüsü nümunələri götürülüb.

Xəbər lenti

Xəbər lenti