...

2020-ci ilədək Azərbaycanda alternativ enerji mənbələrinin payı 20 faizə çatdırılacaq

Energetika Materials 31 İyul 2012 12:45 (UTC +04:00)
Noyabrda Azərbaycanda alternativ enerjinin daha aktiv inkişafı üzrə seçiləcək rayonlar və istifadə ediləcək texnologiyalar sahəsində proqramların hazırlanması başa çatdırılacaq.
2020-ci ilədək Azərbaycanda alternativ enerji mənbələrinin payı 20 faizə çatdırılacaq

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir E.İsmayılov/

Noyabrda Azərbaycanda alternativ enerjinin daha aktiv inkişafı üzrə seçiləcək rayonlar və istifadə ediləcək texnologiyalar sahəsində proqramların hazırlanması başa çatdırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Komitəsinin sədri Akim Bədəlov alternativ və bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi üzrə ortamüddətli tədbirlər planının təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətin inkişafı üzrə fəal işlər aparılır. Fəaliyyətin aktivləşdirilməsi üçün ölkədə alternativ enerjinin inkişafına dair dövlət şirkətinin yaradılması haqqında qərar qəbul edilib.

Bu qərar mövcud sahənin elmtutumlu olması və müasir texnologiyaların tətbiqini tələb etdiyinə görə qəbul edilib. Bununla əlaqədar ona dövlət dəstəyi lazımdır.

Bu sahədə əsas məqsəd Azərbaycanda enerji tələbatının ümumi həcmində alternativ enerjinin səviyyəsini 2020-ci ilədək 20 faizə çatdırmaqdır.

Habelə bu dövrədək enerji səmərəliliyini 20 faizədək artırmaq və istixana effekti yaradan qazların atmosferə buraxılmasını bir o qədər azaltmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti