...

ARDNŞ ekoloji monitorinq sistemini təkmilləşdirir

Energetika Materials 4 Avqust 2012 12:41 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya idarəsi Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW econ) ilə əməkdaşlıq çərçivəsində ARDNŞ-nin sənaye sahələrində mövcud texnologiyaların enerji səmərəliliyi, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarını qiymətləndirib və müvafiq təkliflər işləyib hazırlayıb. Trend-in məlumatına görə, bu barədə İdarənin yaydığı məlumatda deyilir
ARDNŞ ekoloji monitorinq sistemini təkmilləşdirir

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya idarəsi Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW econ) ilə əməkdaşlıq çərçivəsində ARDNŞ-nin sənaye sahələrində mövcud texnologiyaların enerji səmərəliliyi, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarını qiymətləndirib və müvafiq təkliflər işləyib hazırlayıb. Trend-in məlumatına görə, bu barədə İdarənin yaydığı məlumatda deyilir.

2012-ci ildə bu əməkdaşlıq atmosferə atılan istilik effekti yaradan qazların inventarlaşdırılması ilə bağlı monitorinq sisteminin təkmilləşdirilməsi ilə davam etdirilir. Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının hesablanması üzrə mövcud olan monitorinq sisteminin təkmilləşdirilməsi üçün ARDNŞ-nin müəssisələrində, əməliyyat şirkətləri və birgə müəssisələrin neft-qaz əməliyyatları aparılan sahələrində sərf olunan yanacaq və digər texnoloji proseslərdə yaranan qazlar, sızmalar və itkilər haqqında məlumalar Ekologiya İdarəsi tərəfindən toplanılacaq.

Toplanmış məlumatlara əsasən, metodikalardan istifadə etməklə monitorinq sistemi üçün yaradılmış proqram təminatının daha da təkmilləşdirilməsi üzərində işlər aparılacaq.

Monitorinq sisteminin təkmilləşdirilməsi istehsalat sahələrindəki mənbələrdən atmosferə atılan tullantıların azaldılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün daha konkret təkliflərin verilməsinə imkan yaradacaq.

Qeyd edək ki, Ekologiya İdarəsi 2010-cu ildən "DIW econ" ilə "ARDNŞ-nin iqlim dəyişmələrinə təsirin azaldılması üzrə strategiyası"nın inkişaf etdirilməsi layihəsi üzrə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti