...

Azərbaycanın qaz təsərrüfatı payız-qış mövsümünə hazırlaşır

Energetika Materials 5 Sentyabr 2012 16:32 (UTC +04:00)
Payız-qış mövsümündə abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir, yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.
Azərbaycanın qaz təsərrüfatı payız-qış mövsümünə hazırlaşır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.İsmayılov/

Payız-qış mövsümündə abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir, yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Səbail rayonu ərazisində "Dalğa Plaza"nın yaxınlığından Neftçilər prospektindən keçməklə Yusif Səfərov küçəsinə qədər ərazidə 3,7 kilometr uzunluğunda yeni 315 mm-lik polietilen qaz kəmərinin çəkilməsi və həmin xətdən şəhəri fasiləsiz təbii qazla təmin etmək üçün bir neçə hissədən polietilen qaz xətləri vasitəsilə qollar verilməsi mərkəzdə istehlakçıların normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qaz təminatı üçün əlavə imkan yaradıb.

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən 39, 47, 51, 75 saylı binaları təbii qazla təmin edən xətlərin dairələşdirilməsi işləri yekunlaşıb. Nəvai küçəsindən keçən dəmir yolunun arxasındakı 30 və A.Manafov küçəsi, 1 ünvanında yerləşən 10 ədəd fərdi yaşayış evinin qaz təchizatının yaxşılaşdırılması üçün tənzimləyiclərin quraşdırılması başa çatdırılıb, R.Teymurov küçəsində quraşdırılmış siyirtmə yenisi ilə əvəz edilib.

Qaradağ rayonunda da payız-qış mövsümünə hazırlıq işləri başa çatıb. Belə ki, Lökbatan qəsəbəsi V.Əsgərov küçəsindəki 18 və 20 saylı binaların, Nərimanov küçəsindəki 81 saylı bağçanın yaxınlığında və Qobustan qəsəbəsindəki Kəşfiyyatçılar küçəsində quraşdırılmış siyirtmələr yeniləri ilə əvəz edilib.

Rayonun Qobustan, Ələt və Qızıldaş qəsəbələrində ümumi uzunluğu 1300 metrdən artıq korroziyaya uğramış qaz kəməri yenilənib. Rayonun müxtəlif yerlərində quraşdırılmış 6 ədəd qaztənzimləyici şkaf dəyişdirilib və ya təftiş edilib.

Xəzər rayonundakı əhali və digər kateqoriyadan olan istehlakçıların təbii qazla təchizatı üçün Pirallahı, Binə, Türkan, Qala və Şüvəlan qəsəbələrində ümumi uzunluğu 700 metrdən artıq olan korroziyaya uğrayıb və yararsız hala düşmüş qaz kəmərləri yenisi ilə əvəz edilib.

Xəbər lenti

Xəbər lenti