Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.İsmayılov/
Yanvar-sentyabr aylarında "Azərenerji" ASC təqribən 16 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu göstərici 14,5 milyard kilovat-saata yaxın təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin yaydığı məlumatda deyilir.
İstehsal edilən elektrik enerjisinin ümumi həcmindən 14,4 milyard kilovat-saatdan çoxu istilik elektrik stansiyalarının, qalan təqribən 1,6 milyard kilovat-saat isə su elektrik stansiyalarının payına düşüb.
Məlumata əsasən, "Azərenerji" sentyabrda təqribən 1,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
Bu dövr ərzində Rusiya, Türkiyə, Gürcüstan və İranla elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.