...

Rumıniyada "SOCAR" brendi altında 14-cü yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Energetika Materials 23 Yanvar 2013 17:48 (UTC +04:00)
Rumıniyada "SOCAR" brendi altında fəaliyyət göstərən daha bir yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Rumıniyada "SOCAR" brendi altında 14-cü yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Rumıniyada "SOCAR" brendi altında fəaliyyət göstərən daha bir yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, YDM Rumıniyanın Neamt iqtisadi regionun Tarqu Neamt rayonunda, Buxarest istiqamətində uzanan magistral üzərində yerləşır.

Açılış mərasimində "SOCAR Petroleum SA" şirkətinin və tərəfdaş şirkətlərin, eləcə də yerli idarəçilik qurumlarının nümayəndələri iştirtak ediblər. YDM-in açılışını bildirən rəmzi lent kəsildikdən sonra çıxış edən "SOCAR Petroleum"un rəhbəri Həmzə Kərimov bildirib ki, 2013-2015-ci illər ARDNŞ üçün Rumıniyada investisiya ili olacaq və şirkət bu sahədə Rumıniya bazarında oz yerini möhkəmləndirməyi planlaşdırır. Azərbaycanla Rumıniya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini və ARDNŞ-nin bu əlaqələrin inkişafında bilavasitə rol oynadığını qeyd edən Kərimov yeni istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsinin kollektivinə uğurlar arzulayıb.

Tarqu Neamt rayonunun icra hakimiyyəti başçısının müavini Trayan Humulesku isə çıxışında yeni YDM-in istifadəyə verilməsi münasibətilə tədbir içtirakçılarını təbrik edib və bildirib ki, regionun inkişafı üçün sərmayə qoyuluşuna ehtiyac var. Həyata keçirilən investisiya layihələrinə görə ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirən Humulesku bundan sonra da şirkətə dəstək verməyə hazır olduğunu vurğulayıb.

800 kvadratmetrlik ərazidə yerləşən yeni YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə 3 kiçik avtonəqliyyat vasitəsi və bir iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsinə şərait yaradılıb. Burada, həmçinin market, "NAR" kafe, 24 saat pulsuz internet xidmətləri də müştərilərin istifadəsinə verilib. Bu, Rumıniyada əhaliyə ''SOCAR'' brendi altında yüksək keyfiyyətli xidmət göstərən 14-cü YDM-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti