...

Azərbaycanın bir sıra rayonlarında qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 29 Mart 2013 11:59 (UTC +04:00)
Martın 29-da təmir işləri ilə əlaqədar Azərbaycanın dörd rayonunda qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın bir sıra rayonlarında qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.İsmayılov/

Martın 29-da təmir işləri ilə əlaqədar Azərbaycanın dörd rayonunda qaz təchizatında məhdudiyyətlər olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ "Azəriqaz" İstehdala Birliyi (İB) tərəfindən yayılan mıəlumatda bildirilir.

Təmir işləri ilə əlaqədar olaraq, 29 mart 2013-cü il tarixdə saat 09:00-dan 17:00-dək "Quba" Qazpaylayıcı Stansiyası, saat 10:00-dan 17:00-dək "Şimal DRES" Qazpaylayıcı Stansiyası, saat 10:00-dan 18:00-dək isə "Ucar", "Qazax", "Lənkəran", "Xarxatan" Qazpaylayıcı stansiyaları və "Ağköynək", "Əskipara", "Qazaxbəyli" Avtomatik Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ucar, Qazax, Quba, Lənkəran rayonlarına, eləcə də Xəzər rayonunun Mərdəkan və Buzovna qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti