...

Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi ilə bağlı işlərə ilin sonunda başlanacaq

Energetika Materials 19 Aprel 2013 12:46 (UTC +04:00)
Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) qaz kəmərinin genişləndirilməsi ilə bağlı işlərə ilin sonunda, Azərbaycana məxsus "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə son investisiya qərarının qəbulundan sonra başlanılacaq.
Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi ilə bağlı işlərə ilin sonunda başlanacaq

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) qaz kəmərinin genişləndirilməsi ilə bağlı işlərə ilin sonunda, Azərbaycana məxsus "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə son investisiya qərarının qəbulundan sonra başlanılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Norveçin "Statoil" şirkətinin əməliyyat apardığı "Azerbaijan Cas Supply Company"nin baş meneceri Per Cohan Baqqe jurnalistlərə açıqlamasında bildirib.

"İnvestisiya haqqında son qərar 2013-cü ilin oktyabrında verilə bilər", - Baqqe bildirib.

Baş menecerin sözlərinə görə, hazırda Azərbaycan qazının Avropaya çatdırılması üzrə iki boru kəməri layihəsinin yönəldildiyi bazarlarda alıcılarla danışıqlar davam edir.

"İndiki halda söhbət Transadriatik qaz kəməri (TAP) layihəsi və
"Nabucco West" qaz kəmərindən gedir", - Baqqe bildirib.

Neft və qazın qiymətinə gəldikdə isə Baqqe qeyd edib ki, öz likvidliyinə görə hazırda Avropada uzunmüddətli müqavilələr çərçivəsində qiymətlərin iri qaz şirkətlərinin qiymətlərinə uyğunlaşdırılması geniş yayılıb.

"Öz növbəsində, Rusiya qazının qiymətləri neftin qiymətlərinə bağlıdır", - baş menecer bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti