...

"Kalkınış" Çinə qaz nəqli üçün xammal mənbəyi ola bilər

Energetika Materials 22 May 2013 23:28 (UTC +04:00)
Dünyada ehtiyatına görə ikinci olan "Kalkınış" qaz yatağı müxtəlif istiqamətlərdə, xüsusilə də, Çinə qaz nəqli üçün xammal mənbəyi ola bilər. Trend-in məlumatına görə, bunu Türkmənqaz dövlət konserninin sədri Kakaqeldı Abdıllayev deyib.
"Kalkınış" Çinə qaz nəqli üçün xammal mənbəyi ola bilər

Türkmənistan, Aşqabad, 22 may /müxbir. Trend H.Həsənov/

Dünyada ehtiyatına görə ikinci olan "Kalkınış" qaz yatağı müxtəlif istiqamətlərdə, xüsusilə də, Çinə qaz nəqli üçün xammal mənbəyi ola bilər. Trend-in məlumatına görə, bunu Türkmənqaz dövlət konserninin sədri Kakaqeldı Abdıllayev deyib.

"Yaxın gələcəkdə yatağın işlənilməsinin yeni mərhələsi başlayacaq və Türkmənistan-Çin istiqamətində ildə 25 milyard kubmetr qaz nəqli olacaq" - deyə o bildirib.

"Kalkınış" qaz yatağı 26.2 trilyon kubmetr ehtiyatına görə, dünyada ikinci yerdədir.

Qeyd edək ki, Türkmənistan Xəzər hövzəsində enerji bazarında əhəmiyyətli rol oynayır. Burada ildə 70-80 milyard kubmetr qaz hasil edilir və davamlı olaraq, Rusiya və İrana nəql edilir.

2009-cu ildə isə Çin istiqamətində yeni marşrut açılır ki, bu da qaz nəqlini ildə 65 milyard kubmetr artırır.

Xatırladaq ki, "Kalkınış" qaz yatağının ilkin işlənmə mərhələsi yayda başa çatacaq və bundan sonra bazara ildə 30 milyard kubmetr qaz çıxarılacaq. Bu da öz növbəsində Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri üzrə qaz nəqlinin mənbəyinə çevrilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti