...

Azərbaycan iri enerji layihələrinin həyata keçirilməsinə hazırlığı başa çatdırır

Energetika Materials 30 May 2013 17:19 (UTC +04:00)
Mayın 29-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələn Fransa nümayəndə heyəti ilə görüş keçirib.
Azərbaycan iri enerji layihələrinin həyata keçirilməsinə hazırlığı başa çatdırır

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.İsmayılov/

Mayın 29-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələn Fransa nümayəndə heyəti ilə görüş keçirib.

Trend-in cümə axşamı ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev Azərbaycan-Fransa münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin, görüş və fikir mübadilələrinin mühüm rol oynadığını qeyd edib və iki ölkə arasında dialoqun gücləndirilməsi baxımından Bakı Forumunun əhəmiyyətini xüsusi vurğulayıb.

Fransa Milli Assembleyasında Azərbaycan-Fransa dostluq qrupunun vitse-prezidenti Jan-Luk Reitzer isə Avropanın enerji təhlükəsizliyi baxımından ölkəmizin rolunu yüksək qiymətləndirib.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm yer tutduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən layihələr sırasında "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini önə çəkib.

Vurğulanıb ki, Azərbaycan təbii qazının Avropaya nəqli üçün boru kəməri marşrutunun seçilməsi həll olunma mərhələsindədir və məsələ ilə bağlı son qərarın gələn ay veriləcəyi gözlənilir.

Azərbaycan və Türkiyənin ortaq layihəsi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin beynəlxalq dəstək qazandığını qeyd edən Rövnəq Abdullayev, eyni zamanda, Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi və "Şahdəniz-2" layihələrinə hazırlıq işlərinin tamamlanmaq üzrə olduğunu da qonaqların diqqətinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti