...

Yunanıstanın DEPA qaz şirkətinin özəlləşdirilməsi üzrə müsabiqə təkrar keçiriləcək

Energetika Materials 10 İyun 2013 21:38 (UTC +04:00)
Yunanıstanın DEPA qaz şirkətinin satışı üzrə müsabiqə təkrar keçiriləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstan energetika nazirinin müavini Makis Papageorgiu brifinqdə bildirib.
Yunanıstanın DEPA qaz şirkətinin özəlləşdirilməsi üzrə müsabiqə təkrar keçiriləcək

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Yunanıstanın DEPA qaz şirkətinin satışı üzrə müsabiqə təkrar keçiriləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstan energetika nazirinin müavini Makis Papageorgiu brifinqdə bildirib.

Bu gün müsabiqənin iştirakçıları DEPA-nın və DESFA qaz nəqli şəbəkəsinin operatorunun satışı üzrə təkliflərini təqdim etməli idilər, lakin 5 iştirakçıdan yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təkliflərini təqdim edib.

Nazir müavini bildirib: "Biz düşünürük ki, növbəti mərhələ şirkətlərin daha geniş iştirakı üçün əlverişli şəraitdə keçəcək. Belə ki, Yunanıstanın avrozonadan çıxma təhlükəsi yoxdur".

Onun sözlərinə görə, bununla yanaşı, "Qazprom" istəsə, DEPA-nın satışı üzrə yeni müsabiqədə iştirak edə bilər: "Hökumət "Qazprom"un son nəticədə müsabiqədə iştirak etməyəcəyi ilə bağlı məlumata malikdir".

Rusiya qaz holdinqinin rəsmi nümayəndəsi Sergey Kupriyanov bazar ertəsi jurnalistlərə bildirib ki, "Qazprom" şirkətin maliyyə vəziyyətinin sövdələşmələr zamanı pisləşməyəcəyi ilə bağlı zəmanətin olmaması səbəbindən DEPA-nın özəlləşdirilməsində iştirak üçün ərizə verməməyi qərara alıb.

Nazir müavini isə bildirib: "Bizə "Qazprom"dan müsabiqənin şərtləri ilə razı olmamaq barədə müraciət daxil olmayıb".

Onun sözlərinə görə, ARDNŞ-dən DEPA üzrə təklif var ki, bu da Azərbaycan qazının Avropaya nəqli üçün Transadriatik qaz kəmərinin seçilməsi ehtimalını artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti