...

Avropa Komissiyası Yunanıstanın DEPA şirkətinin özəlləşdirilməsinin tezliklə bərpasına ümid edir

Energetika Materials 11 İyun 2013 17:29 (UTC +04:00)
Avropa Komissiyası (AK) Yunanıstanın DEPA qaz şirkətinin özəlləşdirilməsi prosesinin tezliklə bərpasını gözləyir. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə AK-nın mətbuat katibi Saymon O`Konnor deyib.
Avropa Komissiyası Yunanıstanın DEPA şirkətinin özəlləşdirilməsinin tezliklə bərpasına ümid edir

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Avropa Komissiyası (AK) Yunanıstanın DEPA qaz şirkətinin özəlləşdirilməsi prosesinin tezliklə bərpasını gözləyir. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə AK-nın mətbuat katibi Saymon O`Konnor deyib.

Yunanıstan energetika nazirinin müavini Makis Papageorgiu bazar ertəsi bildirib ki, DEPA qaz şirkətinin satışı üzrə müsabiqə təkrar keçiriləcək. Bazar ertəsi müsabiqənin iştirakçıları DEPA-nın və DESFA qaz nəqli şəbəkəsinin operatorunun satışı üzrə təkliflərini təqdim etməli idilər, lakin 5 iştirakçıdan yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təkliflərini təqdim edib.

Nazir müavininin sözlərinə görə, ARDNŞ-dən DEPA üzrə təklif var ki, bu da Azərbaycan qazının Avropaya nəqli üçün Transadriatik qaz kəmərinin seçilməsi ehtimalını artırır.

"Dow Jones" agentliyi mənbələrə istinadən məlumat verib ki, Yunanıstan hökuməti DEPA üzrə heç bir təklif almayıb.

O`Konnor deyib ki, Yunanıstan hakimiyyəti bunun necə baş verdiyini dəyərləndirməli və vəziyyəti yaxşı tərəfə necə düzəltməyin yollarını axtarmalıdır: "Üçlüy"ün (Avropa Komissiyası, Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı) səfəri çərçivəsində bu məsələ müzakirə edilə bilər".

O bildirib ki, özəlləşdirmə proqramının cədvəlinə mümkün təsirləri minimuma endirmək üçün tezliklə DEPA-nın özəlləşdirilməsi prosesinin bərpasına başlanılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti