...

Rövnəq Abdullayev: ARDNŞ Yunanıstanın DEPA şirkətinin aktivlərini əldə etmək ərəfəsindədir

Energetika Materials 15 İyun 2013 13:58 (UTC +04:00)
Azərbaycan Respubliaksı Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın DEPA qaz şirkətinin aktivlərini əldə etmək ərəfəsindədir.
Rövnəq Abdullayev: ARDNŞ Yunanıstanın DEPA şirkətinin aktivlərini əldə etmək ərəfəsindədir

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E. İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın DEPA qaz şirkətinin aktivlərini əldə etmək ərəfəsindədir. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, DEPA-nın aktivlərinin özəlləşdirilməsi üzrə tender proseduru artıq başa çatıb və ARDNŞ Yunanıstan tərəfilə danışıqlara başlayıb.

Abdullayev qeyd edib ki, mütəxəssislər artıq bu məsələ ilə bağlı danışıqlara başlayıblar.

DEPA-nın aktivlərinin özəlləşdirilməsi üzrə təkrar tenderin elan edilməsi məsələsinə toxunan Abdullayev bildirib ki, bu məsələ danışıqlar zamanı müzakirə ediləcək.

ARDNŞ prezidentinin sözlərinə görə, Yunanıstan şirkətinin aktivlərinin əldə edilməsi ARDNŞ-nin qaz distribusiyası bazarına çıxması deməkdir ki, bu da neft şirkətinin ixracat potensialını daha da möhkəmləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti