...

BP "Şahdəniz" yatağında hasilatın həcmlərini açıqlayıb

Energetika Materials 8 Avqust 2013 12:05 (UTC +04:00)
İndiyədək Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından 43 milyard kubmetr qaz hasil edilib.
BP "Şahdəniz" yatağında hasilatın həcmlərini açıqlayıb

Azərbaycan, Bakı, 8 avqust/Trend, müxbir E. İsmayılov/

İndiyədək Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından 43 milyard kubmetr qaz hasil edilib. Trend-in məlumatına görə, bu barədə BP-nin 2013-cü ilin yanvar-iyun aylarında fəaliyyətinə dair hesabatında deyilir.

Hesabatda deyilir ki, indiyədək yataqdan 11 milyon ton qaz-kondensat hasil edilib. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Şahdənizdə iştirak payları belədir: BP (operator - 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti