...

Azərbaycan neftinin qiymətləri: 12-16 avqust həftəsinin yekunları

Energetika Materials 17 Avqust 2013 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir E.İsmayılov/

Ötən həftə, 12-16 avqust tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 113,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,2 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 12-16 avqust həftəsində AZERI LT-nin qiyməti maksimum 115, minimum isə 111,82 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

12-16 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 109,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,94 dollar/barel çoxdur.

12-16 avqust həftəsində URALS-ın qiyməti maksimum 110,72 minimum isə 107,82 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

12-16 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti 110,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,21 dollar/barel çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 112,1, minimum isə 109,17 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti