...

ARDNŞ dövlət büdcəsində ödənişləri artırıb

Energetika Materials 12 Sentyabr 2013 19:22 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin avqust ayında dövlət büdcəsinə 130 milyon 280 min manat vəsait ödəyib ki, bu da ötən ilin avqust ayına nisbətən 8 milyon 14 min manat və ya 106,6 faiz çox olub.
ARDNŞ dövlət büdcəsində ödənişləri artırıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin avqust ayında dövlət büdcəsinə 130 milyon 280 min manat vəsait ödəyib ki, bu da ötən ilin avqust ayına nisbətən 8 milyon 14 min manat və ya 106,6 faiz çox olub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 49 milyon 914 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 136 milyon 5 min manat və ya 114,9 faiz çox olub.

Bundan əlavə, cari ilin avqust ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 407 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2013-cü ilin yanvar-avqust aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 106 milyon 88 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-avqust aylarına nisbətən 1 milyon 166 min manat və ya 101,1 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti