...

Azərbaycan neftinin qiymətləri: 16-20 sentyabr həftəsinin yekunları

Energetika Materials 23 Sentyabr 2013 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.İsmayılov/

Ötən həftə, 16-20 sentyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 114,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,86 dollar/barel azdır.

Trend-in məlumatına görə, 16-20 sentyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 115,75, minimum isə 113,2 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

16-20 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 108,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,58 dollar/barel azdır.

16-20 sentyabr həftəsində URALS-ın qiyməti maksimum 109,84 minimum isə 107,99 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

16-20 sentyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 110,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,66 dollar/barel azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 111,76, minimum isə 109,98 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti