...

Azərbaycanın bir sıra rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər var

Energetika Materials 24 Sentyabr 2013 13:08 (UTC +04:00)
Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər var.
Azərbaycanın bir sıra rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər var

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bu gün Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər var. Bu barədə Trend "Azərqaz" İB rəsmi saytında yerləşdirilən məlumata istinadən bildirir.

İB-nin yaydığı məlumatda bildirilir ki, təmir işləri ilə əlaqədar 24 sentyabr 2013-cü il tarixində saat 09:00-dan 18:00-dək "Xızı" Avtomatik Qazpaylayıcı Stansiyasında və "Günəşli" Qazpaylayıcı Stansiyasında, saat 10:00-dan "Bolqarıstan" Qazpaylayıcı Stansiyasında, saat 10:00-dan 17:00-dək "Dəliməmmədli" Avtomatik Qazpaylayıcı Stansiyasında, saat 10:00-dan 18:00-dək isə "Zərdab", "Quba" Qazpaylayıcı Stansiyalarında, "Horadiz" Qaztənzimləyici Məntəqəsində və "Qəçrəş" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Zərdab, Quba, Füzuli rayonlarına, Xızı, Goranboy və Cəlilabad rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti