...

Masallı rayonunun kəndinə təbii qazın verilişi bərpa edilib

Energetika Materials 26 Sentyabr 2013 15:10 (UTC +04:00)
Bu gün Masallı rayonunun Kürdəbaz kəndinə təbii qazın verilişinin bərpası münasibətilə tədbir keçirilib.
Masallı rayonunun kəndinə təbii qazın verilişi bərpa edilib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu gün Masallı rayonunun Kürdəbaz kəndinə təbii qazın verilişinin bərpası münasibətilə tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 125 abonenti olan Kürdəbaz kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 6,6 kilometr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilbi, 125 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti