Türkiyə, İstanbul, 2 oktyabr /Trend, müxbir E. Hüseynov/
"SOCAR Turkey Enerji" və törəmə şirkətlərin ümumi gəlirləri 15 milyard dolları ötəcək. Bu barədə çərşənbə günü Trend-ə "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqin İdarə heyətinin üzvü Kənan Yavuz deyib.
Onun sözlərinə görə, ümumi gəlirlər nəzərə alınmaqla "SOCAR Turkey Enerji" ölkədə bu sahə üzrə "Koç" və "Sabancı Holding"dən sonra üçüncü şirkətdir.
"SOCAR Turkey Enerji" Türkiyənin sənaye istehsalı sahəsində ikinci yeri tutur.
K. Yavuz deyib: "Demək olar ki, "SOCAR Turkey Enerji" sənaye istehsalı sahəsində "Sabancı Holding"i qabaqlayır.