Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E.Əliyev/
"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2596 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 2249-2235 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.