Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Bu gün Göyçay rayonunun Qarayazı kəndinə təbii qazın verilməsinin bərpası münasibətilə tədbir keçirilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 27 649 metr uzunluğunda polad borular çəkilib, 413 abonentin mənzilinə fərdi tənzimləyici və sayğac quraşdırılıb.