...

"SOCAR Turkey Enerji": Yaxın günlərdə Petkim konteyner limanının təməlqoyma mərasimi keçiriləcək

Energetika Materials 2 Noyabr 2013 11:52 (UTC +04:00)
Noyabrın 13-də Petkim konteyner limanının təməlqoyma mərasiminin keçiriləcəyi gözlənilir.
"SOCAR Turkey Enerji": Yaxın günlərdə Petkim konteyner limanının təməlqoyma mərasimi keçiriləcək

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Noyabrın 13-də Petkim konteyner limanının təməlqoyma mərasiminin keçiriləcəyi gözlənilir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" Neft-Kimya Holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz bildirib.

Onun sözlərinə görə, həmin gün Heydər Əliyev adına texniki və sənaye məktəbinin açılışı da planlaşdırılır.

"SOCAR Turkey Enerji"dən daha əvvəl verilən məlumata görə, Türkiyədə ən sürətlə həyata keçirilən layihələrdən biri limanların tikintisidir.

K.Yavuzun sözlərinə görə, yeni limanın tikintisi məsələsi üzrə Danimarka və Niderland şirkətləri ilə razılaşmalar əldə edilib.

"SOCAR Turkey Enerji"nin rəhbəri bildirib ki, liman Türkiyəyə məxsus olacaq, lakin 30 il ərzində Danimarka və Niderland şirkətləri ondan istifadə edəcəklər: "Limanın tikintisinin 2015-ci ildə başa çatdırılması planlaşdırılır. Layihənin dəyəri 400 milyon dollar təşkil edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti