...

Salyan və Yardımlı rayonlarının kəndlərinə təbii qaz verilib

Energetika Materials 10 Dekabr 2013 16:57 (UTC +04:00)
Bu gün Salyan və Yardımlı rayonlarının 2 kəndinə təbii qaz verilib.
Salyan və Yardımlı rayonlarının kəndlərinə təbii qaz verilib

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Bu gün Salyan və Yardımlı rayonlarının 2 kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Salyan rayonunun Yuxarı Noxudlu kəndinə təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, 205 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 20,6 kilometr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 205 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Yardımlı rayonunun Mişkireyn kəndinə də təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, 54 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 2,1 kilometr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 54 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti