...

Ağsu rayonunun daha iki kəndinə təbii qaz verilib

Energetika Materials 24 Dekabr 2013 13:19 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində, dekabrın 24-də Ağsu rayonunun Bozavand və Ağarx kəndlərinə təbii qaz verilib.
Ağsu rayonunun daha iki kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində, dekabrın 24-də Ağsu rayonunun Bozavand və Ağarx kəndlərinə təbii qaz verilib.

Trend Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 466 abonenti olan Bozavand və Ağarx kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 55,6 kilometrdən artıq polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 466 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti