...

Azərbaycandan Rusiyaya qaz nəqlinin dayandırılmasının əsas səbəbi məlum oldu

Energetika Materials 16 Yanvar 2014 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramına (2006-2015-ci illər) əsasən, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun tikintisi həyata keçirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, işçi layihəyə əsasən, avtomobil yolunun 133,8 kilometrliyində, 135,935 kilometrliyində, 137,278 kilometrliyində, 178,490 kilometrliyində (sol qol ilə 2 kəsişmə), 178,860 kilometrliyində, 178,9 kilometrliyində, ümumilikdə 7 yerdə 1220 millimetrlik Mozdok-Qazıməmməd magistral qaz kəməri ilə kəsişdiyi nəzərə alınaraq, müvafiq normativ sənədlərin tələblərinə və texniki şərtlərə əsasən kəsişmələrin layihə həlləri hazırlanıb. Tikinti işləri "Azərinşaatservis" MMC tərəfindən aparılır.

Layihənin dövlət əhəmiyyətli olmasını əsas götürərək kəsişmələrdə tikinti işərinin aparılmasına təhlükəsiz şərait yaradılması məqsədi ilə Mozdok-Qazıməmməd magistral qaz kəmərində texnoloji rejimlər dəyişdirilib, işçi təzyiq 12 atmosferə salınıb. Bu səbəbdən Rusiya Federasiyasına qazın nəqli müvəqqəti dayandırılıb.

Kəsişmələrdə tikinti işlərinin aparılması ilə əlaqədar olaraq, həmçinin Mozdok-Qazıməmməd magistral qaz kəmərində 206-cı və 287-ci kilometrlərdə aşkar edilmiş sızmaların ləğvi edilməsi üçün işlərə başlanılıb. Bu məqsədlə təmir işləri ARDNŞ-nin "Qaz İxrac" İdarəsi tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti